Agrolab

Bizimlə əlaqə

close

Sista əmələgətirən nematodlar

Sista əmələgətirən nematodlar

  • 25-01-2021

  • Şərhlər

Nematodlar əsasən şəffaf, buğumsuz, sapşəkilli və iki yan simmetriyalı bədən quruluşuna malik qurdlardır. Bitkilərdə parazitlik edən bəzi nematodların dişi fərdləri kürə formasında olur ki, bunlara da sista əmələgətirən nematodlar aiddir.
Sista əmələgətirən nematodlarda cinsi demorfizm müşahidə olunur: dişi fərd ağ rəngli limon şəkilli, erkək fərd isə şəffaf qurdabənzər formadadır. Ölmüş dişinin bərkimiş xarici örtüyündən əmələ gələn qəhvəyi rəngli sistalar içərisində yumurtalar torpaqda 3 ilə qədər qala bilər. Yazda torpaqda olan bu sistalardan, nəm tropaqda sahib bitkilərin (soya, çuğundur, yonca, noxud və s.) köklərini tapmağa və onları yoluxdurmağa qadir sürfələr çıxır. Bioloji tsikl köklərdə dövr edir: sürfələr açıq yaralar və ya epidermis vasitəsi ilə cavan köklərə nüfuz edir. Tezliklə, erkək fərdlər köklərdən kənarlaşır, dişi sürfələr isə həyatları boyunca kökdə qalıb, hərəkətsizləşir. Yoluxmuş bitkilər böyümə və inkişafdan qalır, xırda yan köklərin inkişafı müşahidə olunur, hansı ki, kökə saqqalvari görüntü verir. Sistalar ilkin olaraq sahəyə bu cür bitkilərin kökləri hesabına əvvəlcə seyrək ocaqlı yayılır, daha sonra isə bütün sahəni əhatə edir. Nematodlar həmçinin torpaq hissəcikləri, insan və texnika vasitəsi ilə də asanlıqla yayıla bilirlər .
 
 
 


Agrolab © 2024 Bütün hüquqlar qorunur.