Agrolab

Bizimlə əlaqə

close

Tərəvəz yetişdiriciliyində torpaq hazırlığı

Tərəvəz yetişdiriciliyində torpaq hazırlığı

  • 14-02-2024

  • Şərhlər

Sahədə ardıcıl olaraq hər il eyni növ və sort tərəvəz şitilinin əkilməsi getdikcə məhsuldarlığın azalmasına səbəb olur. Ona görə də, əkin aparmazdan əvvəl torpağı yaxşı tanımaq vacibdir. Bunun üçün torpağın geniş aqrokimyəvi analizi və torpağın fitoekspertizası icra olunmalıdır. Analiz nəticələrinə əsasən, torpağa veriləcək gübrə normasını doğru hesablamaq mümkündür. Bu da torpağa artıq və ya əksik miqdarda qida elementlərinin verilməsinin qarşısını almağa kömək edir. 

Torpağın strukturunu dəqiq bilmək üçün isə qranulometrik analiz icra olunmalıdır. Məsələn, gilli torpaqların hava keçiriciliyi zəifdir. Bu səbəblə torpaq altında yetişən kartof, yerkökü kimi tərəvəzlərdən bol məhsuldarlıq əldə etmək üçün əkin edəcəyiniz ərazidə bir az qum qarışdıraraq şum aparmaq daha doğru olar. 

Əkindən öncə diqqətə almanız gərəkən nüanslar var. Yuxarıda da qeyd etdiyimiz kimi, bitkini əkəcəyiniz yeri doğru planlaşdırmaq vacibdir. Bəzi tərəvəzlər kölgəlik, bəziləri yarı kölgəli, bəziləri isə isti və günəşli havada daha məhsuldardır. Məsələn, lobya yetişdirmək üçün sahənin yarı kölgəli hissəsi daha idealdır. Orqanik pomidor üçün bol günəş onların ən təbii qidasıdır. Digər diqqət edilməli məqam isə hər tərəvəz üçün əkin aralığıdır. İç-içə əkin zamanı suvarma və qulluq edilərkən çətinlik yaranır, həmçinin inkişaf etmələri üçün də kifayət qədər yer olmur.



Agrolab © 2024 Bütün hüquqlar qorunur.