AGROLAB
“Agrolab” kənd təsərrüfatı laboratoriyası MDB məkanında tanınmış "Agro Analiz" kənd təsərrüfatı laboratoriyaları şəbəkəsinin dəstəyi və müşayiəti ilə “Azərşəkər” şirkətinin tərkibində 2019-cu ildə Yevlax rayonunda yaradılmışdır. “Agrolab” kənd təsərrüfatı laboratoriyası müasir əkinçilik təsərrüfatlarının yaradılması, düzgü..
Agro Development (Oğuz rayonu)
İşgüzar əməkdaşlıq etdiyimiz “Azərşəkər MMC”nin “Agrolab” laboratoriyasında, bitki, ting, yarpaq və torpaq nümunələrini analizə təqdim edirik. Aldığımız nəticələrin tam dəqiq olduğuna əmin olmuşuq. “Agrolab” operativ olaraq analiz cavablarını tez bir zamanda və düzgün olaraq bizə təqdim edir.
Muradov Yusif - (Tovuz rayonu)
Böyük meyvə bağlarımız var. Ağaclarımız quruyurdu, səbəbini tapa bilmirdik. “Agrolab” mütəxəssislərini bağlarımıza dəvət etdik. Çox professional heyət ilə bağlara baxış keçirdilər, ağaclardan və torpaqdan nümunələr aldılar. Analiz nəticəsində bilindi ki, ağacların kökündə zərərverici qurd (nematod) var imiş və kökə nüfuz edərək şirəsi ilə qidalanır və tədricən ağacın qurumasına səbəb olur. Hazırda bağımızda nematodlarla mübarizə aparmışıq və problemimizi aradan qaldırmışıq. Çox sağ ol “Agrolab”!
Şəmkir Agropark (Şəmkir rayonu)
Meyvə bağlarımızda ağaclarımız quruyurdu, səbəbini bilmirdik. “Agrolab” laboratoriyasına müraciət etdik. Mütəxəssislər bağa baxış keçirdi və nümunələr götürüldü. Qurumanın səbəbi gözlə görülməyən həşəratların ağacların gövdəsini daxildən yeməsi idi. Mikroskopla baxdıqda gövdə nümunəsi həşərat deşikləri ilə dolu idi.
Grand Agro (Bakı, Türkan qəsəbəsi)
Yeni bağ salmaq istəyirik. Bağ salacağımız əraziyə torpaq analizi üçün “Agrolab” heyətini dəvət etdik. Sağ olsunlar çox operativ və professionalcasına gəlib nümunə aldılar və qısa zamanda nəticələrimizi təqdim etdilər.
Teymurxanlı Fərid (Xaçmaz rayonu)
Xaçmazda yerləşən torpaqlarımızda yeni bağ salmaq istəyirdik. “Agrolab” laboratoriyasına müraciət etdik. Torpaqdan analiz üçün nümunə verdik. Analiz nəticəsində məlum oldu ki, sən demə torpaqlarımız bağ üçün uyğun deyilmiş, duzlaşma səviyyəsi normadan artıqdır. Məcbur olduq torpaqları duzlardan təmizləyək və bağ salmağımızı təxirə salaraq gələn ilə keçirək. Sağ olsunlar ki, bizə dəqiq məlumat və tövsiyələr verdilər, əks halda xərc çəkib bağ salacaqdıq və nəticədə ağaclarımız inkişafdan geri qala və quruya bilərdi. Bütün fermerlərə tövsiyə edərdik ki, nəinki əkindən qabaq, hətta torpaq sahəsi almadan öncə alacaqları ərazinin torpağını analiz etdirsinlər.
Hasan Allahverdiyev (Oğuz rayonu)
Oğuzda bağlarımız var. Suvarma suyu ilə bağlı şübhəli məqamlar vardı. Sudan “Agrolab”a analiz üçün nümunə verdik və onların verdiyi nəticəyə əsasən tədbirlərimizi aldıq. Nəticə müsbətdir.
“MKT İstehsalat Kommersiya” MMC
Bütün sahələrimizdən torpaqlarımızı “Agrolab”a analizə vermişik və bütün şübhələrimizi analiz nəticələri doğruldub. Torpaqda çatışmayan qida elementlərinin təmin olunması üçün gübrə normasını da bizə tövsiyə etdilər.
Əliyev Səftər (Bakı Buzovna qəsəbəsi)
Tərəvəz istixanalarımız var (xiyar, pomidor). İllərdir aldığımız məhsuldarlıq bizi qane etmirdi. Qərara gəldik ki, torpağımızı analizə verək və müraciət etdik “Agrolab” laboratoriyasına. Analiz nəticəsində məlum oldu ki, torpaqda olan qida maddələri yetərli deyil və bitki tərəfindən mənimsənilmə azdır. Bununla bağlı “Agrolab” mütəxəssisləri il ərzində verəcəyimiz gübrə normasını və qulluq qaydası ilə bağlı bizə effektiv tövsiyələrini verdilər və həqiqətən bundan sonra məhsuldarlığımızda artım oldu. Çox sağ olun.
Qurbanov Məhəmməd (Goranboy rayonu)
Torpaq sahəmdə hər il arpa və buğda əkirəm. Bu il əkindən öncə əkəcəyim toxumları “Agrolab”a analizə verdim. Toxumların cücərmə qabiliyyətini və cücərmə faizinin analizini etdilər və çox düzgün nəticələr verdilər. Hər kəsə tövsiyə edirəm ki, əkməmişdən öncə toxumun keyfiyyətini yoxladsınlar.