ADAU-nun gələcək aqronomları Agrolab-da
19-05-2026
19 may tarixində ADAU-nun 3-cü kurs aqronom tələbələri Agrolabda qonaq oldular.
Görüş zamanı tələbələr laboratoriya fəaliyyəti, torpaq və bitki analizləri, eləcə də aqrar sahədə tətbiq olunan müasir yanaşmalarla yaxından tanış oldular. Təcrübəvi təqdimatlar və interaktiv müzakirələr tələbələrin peşəkar biliklərinin inkişafına töhfə verdi.