Agrolab

Bizimlə əlaqə

close

Agrolab payızlıq əkinlərdə monitorinqlər aparıb

11-01-2022

Laboratoriyamızın mütəxəssisləri tərəfindən Azərşəkər şirkətinin sahələrində monitorinq icra edilib. Monitorinq payızlıq buğda və arpa bitkilərində, hal-hazırki inkişafı mərhələsində təhlükəli ola biləcək xəstəliklərin aşkarlanması məqsədilə icra edilib. Bəzi sahələrimizdə taxıllar hələ cücərmə mərhələsində, bəzi sahələrimizdə isə kollanma mərhələsi artıq başlayıb. Sahələrimizin az qismində, soyuq hava şəraiti ilə əlaqədar olaraq fosfor defisiti (çatışmazlığı) müşahidə edilib. Yarpaqlarda fosfor defisitinə xas qırmızı-bənövşəyi rəng müşahidə olunur. Bundan başqa, bu inkişaf dövrünə xas əsas problemlərdən biri olan Fusarium kök çürükləri aşkar edilməyib. Bu xəstəliyə sirayətlənmiş taxıl cücərtiləri bəzən torpaq səthinə çıxmadan tələf olur. Xəstəliyə məruz qalmış cücərtilərin birinci və ikinci dərəcəli köklərində, kökboğazında qaralma müşahidə olunur, yarpaqları saralır, gövdəsi nazilir və inkişafca geri qalır. Belə bitkilər qışı pis keçirdikləri üçün tez tələf olur.

 
flower

Agrolab © 2024 Bütün hüquqlar qorunur.