Agrolab

Bizimlə əlaqə

close

"Agrolab"da aqrokimyəvi analizlər ən son texnologiyalarla aparılmaqdadır

24-02-2021

Aqrolab Kənd Təsərrüfatı laboratoriyası 2019-ci ildən fermerlərə və ölkənin aparıcı kənd təsərrüfatı şirkətlərinə xidmət göstərir. Laboratoriyamız MDB məkanında kənd təsərrüfatı sahəsində geniş təcrübəyə malik Aqroanaliz laboratoriyalar şəbəkəsinin üzvüdür. Bu şəbəkəyə, Rusiya, Ukrayna, Moldova, Belarusiya, Qazaxıstan, Gürcüstan kimi ölkələrin laboratoriyaları daxildir. Laboratoriyamızda torpaq, bitki, toxum və suvarma suyunun analizi müasir avadanlıq və metodlarla aparılmaqdadır.

Heyətimiz yüksək peşəkarlıq qabiliyyətinə malik mütəxəssislərdən ibarətdir. Bundan başqa bilik və bacarıqlarını artırmaq üçün mütəmadi olaraq təlimlərə cəlb olunurlar.

Bu ildən etibarən aqrokimyəvi analizlərin aparılması ilə bağlı yeniliklərə əsasən 10 hektardan artıq səhəsi olan fermerlər subsidiya almaq üçün əkin sahələrini aqrokimyəvi analiz etdirməlidirlər.

Agrolab tərəfindən subsidiya üçün nəzərdə tutulan aqrokimyəvi analizlərin aparılmasını həyata keçirilir və bir nümunənin qiyməti 28 azn nəzərdə tutulub.

Sahələrini aqrokimyəvi analiz etdirən fermerlər torpağın qida elementlərinə olan ehtiyacını öyrənə, bitkiyə lazım olan gübrə növünü müəyyənləşdirə biləcəklər.

Bundan başqa, fermerlər www.agro-lab.az rəsmi internet səhifəsində və sosial media hesablarından onları maraqlandıran mövzularla bağlı məlumat ala və müraciət edə bilərlər.

Əlavə olaraq, +99451 229 63 60 nörməsinə zəng və ya  whatsapp vasitəsilə yazaraq əlaqə saxlaya bilərlər. 

 

flower

Agrolab © 2021 Bütün hüquqlar qorunur.

DreamArt Creative Agency