Agrolab

Bizimlə əlaqə

close

Bağ salarkən ting seçimi

Bağ salarkən ting seçimi

  • 08-12-2023

  • Şərhlər

Meyvə bağının salınması üçün vegetativ üsulla artırılaraq yetişdirilmiş əkin materialına ting, tingin yetişdirildiyi sahəyə isə tinglik deyilir. Meyvə tingliyi meyvəçiliyin əsası olub, onun vəzifəsi meyvə bağı salmaq üçün çoxaldılması tövsiyə edilən meyvə-giləmeyvə bitki sortlarından yüksək keyfiyyətli, sağlam, standarta uyğun birillik və ikiillik ting yetişdirməkdən ibarətdir. Meyvə bağının taleyi tingin keyfiyyətindən, tingin keyfiyyəti isə calaqaltı ilə yanaşı calaqüstünün də keyfiyyətindən asılıdır. Tingin keyfiyyətli olmasını və ən əsas karantin zərərvericilərə yoluxmasını təyin etmək üçün, tingi satın almamışdan öncə laboratoriyalarda əkin materialının kompleks analizi icra edilməlidir. Bu analiz nəticəsinə əsasən təhlükəli xəstəliyə yoluxmuş tingləri öncədən müəyyən etmək olur. Analiz etmədən əkilmiş belə tinglərdə bir müddət sonra xəstəliklər inkişaf edib yayılmağa başlayacaq və həmçinin bağ sahəsinin torpağının təhlükəli törədicilər ilə yoluxma riski ilə qarşı-qarşıya qalacaqdır.



Agrolab © 2024 Bütün hüquqlar qorunur.