Agrolab

Bizimlə əlaqə

close

Tərəvəz bitkiləri necə suvarılır?

Tərəvəz bitkiləri necə suvarılır?

  • 19-04-2024

  • Şərhlər

Suvarma vegetasiya başlamazdan əvvəl torpağın rizosfer qatında (köklər yerləşən) su ehtiyatı yaratmağa, üst qurumuş qatın səpindən və əkindən öncə nəmləndirməyə imkan verir. Təyinatına görə bir neçə suvarma növləri var. Mövsüm ərzində bitkilərin suya ehtiyacı dəyişir, buna görə də suvarma suyunun analizi nəticələrinə əsasən suvarma rejimi-suvarma norması təyin olunur. Tərəvəz yetişdiriciliyində ən uğurlu suvarma üsulu damlama suvarma sistemidir. Beləcə şitillərin kökləri artıq su təsirində olmaz, çürümə, aerasiyanın pozulması və s. kimi problem riski azalar.

Suyu torpaqdan mənimsəmə və sərf etmə qabiliyyətinə görə tərəvəz bitkilərini aşağıdakı qruplara bölmək olar:

 1. Suyu çətin mənimsəyib və qənaətsiz sərf edən bitkilər (bütün növ kələm, xiyar, kahı, turp, ispanaq və s.); 

2. Suyu asanlıqla mənimsəyən və az miqdarda sərf edən bitkilər (pomidor, kök, cəfəri); 

3. Suyu çətin mənimsəyib, az sərf edən bitkilər (soğan, sarımsaq); 

4. Asanlıqla su mənimsəyən və intensiv olaraq da suyu sərf edən bitki (çuğundur).

Suvarmanı birbaşa günəş altında və gecə rütubətli havada aparmaq doğru deyil, bu göbələk xəstəliklərinin inkişafına səbəb ola bilər. Ən ideal zaman günəş doğmadan öncə və günbatımı vaxtıdıdır. Suvarma rejimini seçərkən tərəvəz bitkilərinin bütün bu xüsusiyyətlərini nəzərə almaq lazımdır.

 


Agrolab © 2024 Bütün hüquqlar qorunur.