Agrolab

Bizimlə əlaqə

close

Vilt (soluxma) xəstəliyi nədir?

Vilt (soluxma) xəstəliyi nədir?

  • 23-06-2024

  • Şərhlər

Bu xəstəlik Azərbaycanda geniş yayılaraq, pambıq məhsuluna xeyli ziyan vurur. Pambığın vilt xəstəliyinə tutulması, adətən iyunun ortalarında, bitkilərdə qönçələr əmələ gəldikdə müşahidə edilir və vegetasiyanın sonuna qədər davam edir. Pambığın xəstəliyə tutulmuş yarpaqlarında əvvəlcə solğun sarı ləkələr əmələ gəlir. Sonra bu yarpaqlar qonurlaşır və quruyur. Bu cür yarpaqlar bir müddətdən sonra tökülür və bitki çılpaq qalır. Vilt xəstəliyi pambığın aşağı hissəsindəki yarpaqlardan başlayır, sonra isə xəstəlik yuxarı hissəyə yayılır. Vilt xəstəliyi bitkinin su və qida maddələrini ötürən damarlarını sirayətləndirir ki, nəticədə bitkilər tamamilə məhv olur ya da məhsuldarlıq çox aşağı düşür. Vilt xəstəliyini törədən göbələk torpaqdan bitkinin kökünə (kök mexaniki zədələndikdə bu hal sürətlənir) daxil olur. Xəstəliyin törədicisi olan göbələklər özlərinin həyat fəaliyyəti nəticəsində bitkinin qida aparan sistemini zədələyir və toxumalara toksinlər (zəhərlər) ifraz edir ki, bunun nəticəsində bitki soluxub tələf olur.



Agrolab © 2024 Bütün hüquqlar qorunur.