Agrolab

Bizimlə əlaqə

close

Ağacların təhlükəli xəstəliyi - KÖK XƏRÇƏNGİ

Ağacların təhlükəli xəstəliyi - KÖK XƏRÇƏNGİ

  • 12-01-2024

  • Şərhlər

Fermerlər bağ salarkən rast gəldikləri ən təhlükəli xəstəliklərdən biri Kök xərçəngi xəstəliydir. Bu xəstəliyin törədicisi “Agrobacterium - tumefaciens”- dır. Bakteriya torpaqda uzun müddət canlılığını qoruyub saxlaya bilir. Bitkinin zədələnmiş hissələrindən, torpaqdan bitkiyə daxil olur və bunun nəticəsində bitkidə qeyri-normal böyüməyə və bölünməyə səbəb olur. Xəstəliyin ilkin əlaməti kiçik şişlərdir. Bu şişlərin getdikcə ölçüləri böyüyür, 30 sm və daha artıq böyük şişlərə səbəb ola bilir. Şişlərin daxili bəzən odunlaşmış, çürümüş, rəngləri isə açıq qəhvəyidən tünd qəhvəyiyə və hətta daha tünd rənglərə qədər keçə bilir. Bağ salarkən əkiləcək tinglər kompleks analiz edilməlidir. Və bağ salındığı ərazidəki torpaq da fitoekspertiza olunmalıdır. Əgər hər hansısa bir kök xərçənginə səbəb olacaq bakteriyalar aşkarlanarsa bu zaman həmin tinglər məhv olunmalıdır.

https://www.youtube.com/watch?v=WTcYegq64aw



Agrolab © 2024 Bütün hüquqlar qorunur.