Alma və armud meyvəyeyəni (Cydia pomonella)
-
04-07-2024
-
Şərhlər
Məhsuldar bağlarda geniş yayılmış zərərvericidir. Zərərverici alma və armud meyvələrini zədələyir. Nəticədə meyvələr vaxtından əvvəl tökülür, məhsuldarlıq azalır, hətta tökülməyən meyvələr də zədəli olur. Bu qurdlar (tırtıllar) meyvənin ləti və toxumu ilə qidalanır və buna görə meyvənin üzərində deşiklər əmələ gəlir. Nəticədə meyvələr 80-90% zədələnir.
Zərərverici tünd boz rəngli kəpənəkdir. Çiçəkləmədən 20-25 gün sonra kəpənəklərin kütləvi uçuşu baş verir. Kəpənəklər gündüzlər gizlənir, gecələr uçur. Gecələr havanın temperaturu +15,+16 dərəcə olduqda kəpənəklər yarpaqların səthinə və yaxud meyvələrə yumurta qoyur. Bir dişi fərd bir yumurta qoyur. 9 gün sonra +20 dərəcə temperaturda yumurtalardan tırtıllar çıxır. Tırtıllar gövdə qabığının dərinliyində, budaqların ayrıcında və yaxud torpaqda puplaşır. 2-ci nəsil kəpənəklər iyulun əvvəllərində uçmağa başlayır.
Zərərvericilərə qarşı bütün vegetasiya müddətində mübarizə aparılmalı, tökülən meyvələr hər gün müntəzəm olaraq yığılmalıdır. Kimyəvi mübarizədə isə Delfin WG (Bacillus Thuringiensis), İndoxacarb 150 q/l və Dimetoat 400 q/l preparatları istifadə oluna bilər.