Agrolab

Bizimlə əlaqə

close

Bakterial yanıq nədir? Bitkiyə zərərləri

Bakterial yanıq nədir? Bitkiyə zərərləri

  • 02-04-2024

  • Şərhlər

Bakterial yanıq xəstəliyi Azərbaycanda əsasən Şəki-Zaqatala, xüsusən də Balakən rayonunda yayılmışdır. Xəstəlik bitkilərdə o qədər sürətlə yayılır ki, gecikdirilmədən aparılan mübarizə tədbirləri belə bitkini xilas edə bilmir və bitki qısa müddətdə məhv olur. Ona görə də xəstəliyə davamlı sortlardan, sağlamlığına tam əmin olduğunuz ting və calaqlardan istifadə etmək lazımdır. Bu xəstəliyi törədən Erwinia amylovora bakteriyasının inkişafı üçün minimum 3-80C, maksimum 370C, optimal olaraq isə 27-300C temperatur kifayətdir. Bakteriya üçün əlverişli hava şəraiti çiçəklənmə mərhələsində məhsul itkisini artırır, hətta bəzən bitkidə məhsuldarlıq tamamilə dayanır. Bakteriya qışı əvvəlki ildə xəstəliklər nəticəsində əmələ gələn şişlərin kənarındakı qabıq toxumasında keçirir. Yazda burada çoxalan bakteriyalar yağış, külək və ya həşəratlar vasitəsilə çiçəklərə daşınaraq yeni tumurcuqları və gənc yarpaqları yoluxdurur, bununla da toxumalarda sürətlə çoxalmağa başlayır. Daha sonra rütubətli havada yoluxmuş toxumalarda krem ​​rəngli, südlü axıntı əmələ gəlir. Bu axıntı quruduqda kəhrəba rənginə çevrilir və bu bakteriyanın ən tipik əlamətidir. Ümumiyyətlə Erwinia amylovora bakteriyasına yoluxmuş bitki odda yanmış kimi bir görünüş alır, buna görə də xəstəlik bakterial yanıq adlanır.

Mübarizə tədbirləri:

Xəstəliyin yayılmasının və inkişafının qarşısını almaq üçün ağaclara budamadan sonra 1,5-2%-li Bordo məhlulunun çilənməsi, çiçəklənmənin başlanğıcında və tam çiçəklənmə dövründə isə xəstəliyə qarşı profilaktik tədbirlər aparılmalıdır;
Quru hava şəraitində bakteriya ilə sirayətlənmiş budaqlar yoluxmuş hissədən 30-40 sm aşağıdan kəsilərək bağdan çıxarılmalı və yandırılmalıdır;
Yoluxmuş bağlarda xəstəliyin aradan qaldırılması üçün budama yay aylarında, rütubətsiz hava şəraitində, iri budaqların budaması isə xəstəlik törədicisinin aktiv olmadığı, yəni qış aylarında aparılmalıdır;
Bağda balanslaşdırılmış gübrələmə aparılmalı, həddindən artıq vegetativ inkişafa səbəb olan gübrələrdən qaçınılmalı, bağ torpağının turşuluq dərəcəsi 5,5-6,5 səviyyəsində saxlanılmalıdır;
Pivot suvarma üsulu tətbiq edilməməli, damlama suvarma üsuluna üstünlük verilməlidir.

 



Agrolab © 2024 Bütün hüquqlar qorunur.