Pas xəstəliyinə qarşı mübarizə
-
24-04-2024
-
Şərhlər
Pas xəstəliyi geniş yayılmış göbələk mənşəli xəstəlikdir. Xəstəliyə yoluxmuş yarpaqlarda sarımtıl, narıncı və yaxud qəhvəyi-pas rəngli qabarıq ləkələr əmələ gəlir. Ləkələr adətən aprelin ikinci yarısı və mayın əvvəllərində görünməyə başlayır. Xəstəlik güclü yayıldıqda meyvələrə də sirayətlənir.
Mübarizə tədbirləri: Erkən yazda bitkilərə 1%-li Bordo məhlulu və yaxud mis xlorid çilənir. Çiçəkləmənin əvvəlində həmin preparatlarla təkrar çiləmə aparılır.