Agrolab

Bizimlə əlaqə

close

Əkindən öncə torpağın fitoekspertizasının önəmi

Əkindən öncə torpağın fitoekspertizasının önəmi

  • 01-03-2024

  • Şərhlər

Torpağın məhsuldarlığını milyardlarla torpaq bakteriyası, mikroskopik göbələk və digər canlı orqanizmlərdən ibarət "canlılar qatı" yaradır. Torpaqda nə qədər çox faydalı mikroorqanizmlər olarsa, torpağın məhsuldarlığını artıran və nəticədə məhsuldarlığı daha yüksək edən digər canlılar da bir o qədər çox olacaq.
Aqrotexniki tədbirlərin ciddi şəkildə pozulması, əkin dövriyyəsinə riayət olunmaması, torpaqda üzvi maddələrin miqdarının azalması, bitki mühafizəsində kimyəvi maddələrin uzun müddət istifadəsi və digər mənfi amillər torpağın turşuluğunun artmasına, mikrobioloji aktivliyin kəskin şəkildə pisləşməsinə, torpaq mikroorqanizmlərinin ümumi sayının azalmasına və faydalı biotanın məhvinə səbəb olur. Zərərli orqanizmlərin kütləvi şəkildə çoxalması kənd təsərrüfatı bitkilərinin zəifləməsinə və məhsuldarlığının azalmasına səbəb olur. Nəticədə torpağın mikotoksikozu və gücdən düşməsi (torpağın yorulması) baş verir.
Məhz yuxarıda sadalanan səbəblərə görə əkindən öncə torpağın fitoekspertiza analizi icra olunmalıdır. Bu zaman torpağın fitopatogen göbələklər, bakteriyalar və fitoparazit nematodlarla yoluxma dərəcəsi müəyyənləşdirilir. Eləcə də, aşkarlanan nematodların (qurdların) əkilməsi, planlaşdırılan bitkiyə vura biləcəyi ziyan araşdırılır. Torpağın fitoekspertizası nəticələrinə əsasən mütəxəssislər onun yaxşılaşdırılması üçün tövsiyələr verir.

 



Agrolab © 2024 Bütün hüquqlar qorunur.