Agrolab

Bizimlə əlaqə

close

Fuzarioz soluxmanın yaranma səbəbləri

Fuzarioz soluxmanın yaranma səbəbləri

  • 19-09-2024

  • Şərhlər

Göbələklər (Fungi) aləmi həyat tərzinin müxtəlifliyi ilə seçilir. Xəstəlik törədən göbələklər bitki orqanlarında yayılmasına görə ekzogen (unlu şeh və s.), endogen və qarışıq (ağ çürümə, boz çürümə və s.) növlərə bölünür.
Fuzarioz soluxmanın yaranmasında başlıca səbəb bitkinin köklərinin bu göbələyə yoluxmasıdır. Yəni xəsətliyin mənbəyi əsasən köklərdən başlanır. Lakin bu göbələk demək olar ki, bitkinin (məsələn, taxıllarda) bütün orqanlarında müşahidə edilir. Xəstəliyə yoluxmuş cücərtilərin birinci və ikincidərəcəli köklərində, kök boğazında qaralma müşahidə olunur, yarpaqlar saralır. Göbələyin kanidiləri oraqvari şəkildə, 3-5 arakəsməli və 41-80 x 4-6 mkm böyüklükdədir. Bu xəstəlik nəmliyi çox sevir, yüksək rütubət şəraitində inkişaf edir. O, özünü adətən meyvələrin formalaşması zamanı daha qabarıq büruzə verir. İlk öncə alt yarpaqların bəzilərində saralma, daha sonra açıq-sarıya çalan qonur ləkələr özünü göstərir, sonra bitki yavaş-yavaş soluxur.
Gövdələrin eninə kəsiyində boru həlqələrinin qaralması müşahidə olunur. Həmçinin yarpaqların həm saralması, həm də soluxması baş verir. Xəstəliyin son mərhələsində köklər tamamilə məhv olur. Fuzarioz soluxmanın bütün fazalarda özünü göstərməsinə baxmayaraq, ən təhlükəlisi meyvələrin əmələgəlməsi dövründə olmasıdır. Bəzən sirayətlənmiş hissələr tələf olmur, lakin onlar böyümədən qalır, keyfiyyətsiz meyvələr verirlər.



Agrolab © 2024 Bütün hüquqlar qorunur.