Agrolab

Bizimlə əlaqə

close

Gübrələrin düzgün tətbiqi

Gübrələrin düzgün tətbiqi

  • 02-10-2024

  • Şərhlər

Bitki əkiləndən sonra  torpaq və bitkiyə qulluq işləri aparılmalıdır. Əkindən sonrakı vacib tədbirlərdən biri də gübrələnmə prosesidir. Torpaqda bir bitki uzun müddət becərildikdə həmin torpaqda qida maddəsi əksikliyi müşahidə edilir.
Oksigen, hidrogen, azot, fosfor, kalium, kükürd, dəmir və s. qida maddələri hesab olunur. Həmin maddələr üzvü və mineral gübrələr şəklində tətbiq olunaraq torpaq məhlulunda ionlaşma və parçalanma nəticəsində əmələ gəlir. Əsas gübrələr səpindən əvvəl dərin şum altına verilir. Tətbiq zamanı olaraq payız və yaz ayları məqsədəuyğun hesab olunur. Əsas gübrələmə proqramında məqsəd bitkilərin müxtəlif inkişaf dövrlərində zəruri qida elemetləri ilə təmin olunmasıdır. Gübrə dərin qatlara tətbiq olunduğu üçün bitki vegetativ inkişaf mərhələlərində gübrədən asanlıqla yararlana bilir. Peyin, fosfor və kalium gübrələrinin illik normasının yarıdan çox hissəsinin dondurma şumu altına, qalan hissəsinin vegetasiya dövründə əlavə gübrələmədə, xüsusilə yemləmə şəklində, azot gübrələrinin isə yazda verilməsi məqsədəuyğundur. Gübrələrin torpağa verilmə dərinliyi uducu köklərin əsas kütləsinin yerləşdiyi qata uyğun gəlməlidir. Qida maddələrindən kasıb olan torpaqlarda şum zamanı verilən gübrələrin norması bir qədər artırılır. Mineral gübrələr payız və yazda şum altına (əsas gübrələr), səpinlə birlikdə (səpin gübrələri) və vegetasiya dövründə (bitkini qidalandıran) tətbiq olunur. Gübrələrin tətbiqindən öncə torpaq analizinin aparılması, ehtiyaca uyğun normada və zamanda gübrənin tətbiqi tövsiyə olunur.
Üzvi gübrələr – peyin, kompost, peyin şirəsi, torf və s. torpaqda gec minerallaşdığına görə ondan daha çox payız-qış aylarında istifadə etmək məsləhətdir, çünki üzvi gübrələrdən ayrılan istilik qış aylarında həm bitkini şaxtadan qoruyur, həm də vegetasiya başlayana qədər parçalanaraq bitkinin istifadə edə biləcəyi formaya düşür.
Mineral gübrələr – azot, fosfor, kalium tərkibli makrogübrələr əsasən yazqabağı verilir. Azot tərkibli gübrələrin yay aylarında verilməsi qida əhəmiyyəti ilə yanaşı həm də torpağı sərin saxlamağa xidmət edir. Gübrələnmə norması torpağın tərkibi, bitkinin yaşı və bioloji xüsusiyyətlərindən asılıdır. Mineral gübrələr tərkibinin zənginliyi sayəsində bitkiləri zəruri olan qida maddələri ilə təmin edir. Nəticədə düzgün qidalanma proqramı sayəsində sahələrdən bol və qida maddələri ilə zənginləşdirilmiş keyfiyyətli məhsul yığımı əldə olunur.



Agrolab © 2024 Bütün hüquqlar qorunur.