Agrolab

Bizimlə əlaqə

close

Nar niyə çatlayır?

  • 29-11-2022

  • Şərhlər

Nar yetişdiriciliyi ilə məşğul olan əksər regionlarda fermerlər bu cür problemlə rastlaşırlar. Səbəblər arasında isə yanlış suvarma, ətraf mühit amilləri, bor, kalium, kalsium kimi qida elementləri çatışmazlığı və s. sadalamaq olar. Meyvənin böyümə və inkişafı dövründə su və nəm disbalansı, gecə və gündüz kəskin temperatur dəyişkənliyi nar meyvələrində çatlamalara səbəb olur. Daha sonra çatlayan meyvələr daxildə çürüyür, yararsız hala düşür.

Narın yetişmə dövründə çatlama daha çox nəzərə çarpır. Yeni hüceyrə əmələ gəlmə prosesinin intensiv getdiyi bu dövrdə narın meyvə ləti hüceyrələri artıq miqdarda su ilə dolaraq, şişir və narın qabığına təzyiq göstərir, qabıq genişlənməyə imkan tapmadığı üçün partlayır. Nəticədə meyvənin əmtəə görünüşü aşağı düşür.
Suvarma yalnız çiçəkləmə və meyvələrin yetişməsi zamanı tövsiyə olunur. 
Nar istisevən bitkidir, odur ki, isti iqlimdə daha yaxşı yetişir. Vegetasiya müddəti uzun, payızı yağışsız, yayı isti, qışı mülayim olan, temperaturu +15C-dən aşağı olmayan yerlərdə becərmək məsləhətdir. Əkərkən əhəngli, boz, qumlu, ağır gilli, sarı torpaqlara üstünlük verilməlidir. Bu mənada Azərbaycanda narçılıq üçün Göyçay, Ağsu, Ağdam rayonları daha məqbul sayılır.



Agrolab © 2024 Bütün hüquqlar qorunur.