Agrolab

Bizimlə əlaqə

close

Nematodların təyin edilmə üsulları

Nematodların təyin edilmə üsulları

  • 16-09-2024

  • Şərhlər

Nematodlar bölünür:

1. Sista əmələ gətirənlər - Heterodera, Globodera;
2. Fir (gall, ur) əmələ gətirənlər - Meloidogyne;
3. Gövdə nematodları - Ditylenchus;
4. Yarpaq nematodları - Aphelenchus;
5. Kök nematodları - Helicotylenchus, Pratylenchus.

Həmçinin ektoparazit və endoparazit nematodlar var. 

Endoparazit bölünür:
1. Hərəkətli;
2. Oturaq.
 
Nematodlar bir neçə üsulla təyin edilir: 
Berman üsulu;
Kağız zolaq üsulu;
Qazınma (qaşıma) üsulu.


Berman üsulundan istifadə edərək ektoparazit ve endoparazit nematodlardan hərəkətli olanlar (kök, gövdə, yarpaq, torpaqda yaşayan) aşkarlanır.
 
Kağız zolaq metodu yalnız sistaəmələgətirən nematodları aşkarlamaq  üçün istifadə edilir.
 
Qazınma metodunu istifadə edərək bitkini qaşıma (qazınma ilə) ilə oturaq nematodlar (fir əmələ gətirən Meloidogyne) həmçinin kök, gövdə və yarpaqda olan hərəkətli nematodlar aşkarlanır.
 
Nematodlar bitkinin daxilinə keçərək bitkiyə zərər verirlər. Nematodlar bitkinin daxilinə stilettası (iynəsi) vasitəsi ilə keçirlər. Qeyri parazit nematodların stilettası (iynəsi) olmur. Qeyri parazit nematodlardan  əksəriyyəti bakteriya yeyən, göbələk yeyən, nematod yeyən və s.olmaqla müxtəlif formaları olur, xeyirli nematodlar hesab edilir. Qeyri parazitlərdən sista, ur əmələ gətirən yoxdur.  



Agrolab © 2024 Bütün hüquqlar qorunur.