Agrolab

Bizimlə əlaqə

close

Avqust - sentyabr aylarında pambıq sahələrində əsas aqrotexniki tədbirlər

Avqust - sentyabr aylarında pambıq sahələrində əsas aqrotexniki tədbirlər

  • 28-08-2025

  • Şərhlər

Pambığın yetişmə dövründə görülən tədbirlərdən biri kaliumla yarpaqdan yemləmədir. Pambığın yetişmə mərhələsində əsas qida elementi kalium sayılır. Kalium bitkidə şəkərlərin, zülalların və digər plastiki maddələrin sintezini və daşınmasını sürətləndirir, bu da qozaların dolmasına və tez açılmasına səbəb olur.

Kalium çatışmazlığı zamanı qozaların tam dolmaması, lifin keyfiyyətinin zəifləməsi və yarpaqlarda yanma əlamətləri müşahidə olunur.
Bu mərhələdə torpaqdan qida maddələrinin mənimsənilməsi çətinləşdiyi üçün kaliumlu gübrələri yarpaqdan vermək (məsələn, K₂SO₄, KNO₃, monopotassium phosphate (KH₂PO₄)) ən yaxşı nəticə verir. Məqsəd – pambıq lifinin uzunluğunu artırmaq, möhkəmliyini yüksəltmək və qozaların daha tez və bərabər açılmasını təmin etməkdir.

Bitki böyüməsinin tənzimlənməsi üçün isə vegetasiya zamanı requlyatorlar tədbiq olunur. Vegetativ inkişaf çox güclü olduqda pambıqda çoxlu zoğ və yarpaq əmələ gəlir, bu isə qozaların yetişməsini gecikdirir. Bu dövrdə boy tənzimləyici preparatlar istifadə olunur.
Preparatlar vegetativ inkişafı məhdudlaşdırır, assimilantların qozalara yönəlməsini təmin edir. Nəticədə bitki daha çox qoza saxlayır, yetişmə prosesi sürətlənir.

Vegetasiyanın tam dayandırılması məqsədi

Yetişmə dövründə əsas məqsəd yeni budaqların əmələ gəlməsini saxlamaq və bütün qida maddələrini qozaların inkişafına yönəltməkdir. Əks halda, yeni yarpaq və zoğların əmələ gəlməsi mövcud qozaların dolmasına mane olar, məhsul gecikər və keyfiyyət aşağı düşər. Bu tədbirlər həm də yığımın tezləşdirilməsi və itkilərin azaldılması baxımından mühüm rol oynayır. Beləliklə avqust–sentyabr aylarında pambıq sahələrində əsas aqrotexniki tədbirlərdən biri kaliumla yarpaqdan yemləmələrin aparılması və requlyatorlarla vegetativ inkişafın tam dayandırılmasıdır. Bu yanaşma məhsuldarlığı artırır, lifin keyfiyyətini yaxşılaşdırır və sahədə yığım prosesini asanlaşdırır.



Agrolab © 2024 Bütün hüquqlar qorunur.