Agrolab

Bizimlə əlaqə

close

Payız gübrələməsi ilə ağacları qoruyaq

Payız gübrələməsi ilə ağacları qoruyaq

  • 07-12-2023

  • Şərhlər

Meyvə ağaclarının gübrələmə sistemində, hər bir gübrələmə dövrünün özünəməxsus və əvəzolunmaz yeri var. Bu sistemdə sağlam və güclü ağacın təməli  payız gübrələməsidir. Payız gübrələməsinin əvəzolunmaz rolunu aşağıdakı səbəblərlə göstərmək olar:
1. Qışa hazırlıq:  Payızda gübrələmə meyvə ağacları üçün vacib olan qida elementlərini toplamağa kömək edir. Bu da öz növbəsində ağacların soyuğa  dözümünü artırır, ağacların şaxtadan quruması kimi xoşa gəlməyən halların sayını azaldır və yazda ağacların aktiv böyümə fazasına tez keçmələrini təmin edir.
2. Kök sistemini yaxşılaşdırmaq: Payızda verilən gübrələr bitkinin kök sisteminin inkişafını təmin edir. Güclü və sağlam köklər torpaqdan su və qida maddələrini daha yaxşı mənimsəyə bilir.
3. Məhsuldarlığa dəstək: Payız gübrələməsi gələcək ildəki məhsulun formalaşmasına təsir göstərir. Məsələn fosfor tərkibli gübrələr generativ tumurcuqların formalaşmasına kömək edir, bu da öz növbəsində məhsuldarlığın artmasına səbəb olur.
4. Məhsulun keyfiyyətini artırmaq: Payız dövründə düzgün gübrələmə, meyvələrin böyük, sulu və dadlı olmasını təmin edir. Bir sözlə məhsulun ƏMTƏƏ keyfiyyətini artırır.
5. Xəstəliklərə qarşı müqavimətini artırması: Payız dövründə kifayət qədər qida maddələri ilə təmin olunan meyvə ağacları, çox zaman xəstəliklərə və xarici təsirlərə qarşı daha dözümlü olurlar.
Beləliklə, payızda gübrələmə, meyvə ağaclarının uğurlu şəkildə qışı keçirməsi, gələcəkdə keyfiyyətli və bol məhsul verməsini təmin etmək üçün əhəmiyyətli rol oynayır.


Agrolab © 2024 Bütün hüquqlar qorunur.