Agrolab

Bizimlə əlaqə

close

Şəkər çuğundurunda Serkospora xəstəliyi

Şəkər çuğundurunda Serkospora xəstəliyi

  • 15-07-2025

  • Şərhlər

Serkospora ilə güclü yoluxma zamanı ləkələr böyüyərək birləşir və nəticədə yarpaqların səthi boyunca qurumalar baş verir, bu da yarpaqların məhv olmasına səbəb olur. Başlanğıcda yoluxma ayrı-ayrı yarpaqlarda müşahidə edilir, lakin xəstəlik sahədə yayılaraq ocaqlar əmələ gətirir. 
Göbələyin sporları ölmüş bitki qalıqları ilə torpaqda uzun müddət qorunur. Simptomlar adətən havanın temperaturu 23-27 °C və nəmliyi 96% olduqda, yoluxmadan təxminən 5 gün sonra görünür. 
Yarpaqlar məhv olsa da, zədələnmiş bitkidə yeni yarpaqlar əmələ gəlir; bu isə kökdə saxlanılan şəkərin sərf olunması hesabına baş verir. Nəticədə, çuğundurdakı şəkər miqdarı azalır. 
Xəstəliyə qarşı mübarizədə əsas yanaşma davamlı hibridlərin seçilməsi, sahədə mütəmadi monitorinqlərin aparılması və xəstəliyin erkən mərhələdə aşkar edilərək dərmanlanmanın həyata keçirilməsidir. Bundan əlavə, xəstəliyin yayılması ehtimal olunan dövrlərdə proqnozlara əsaslanaraq qabaqlayıcı dərmanlama tədbirləri tətbiq olunur.

 



Agrolab © 2024 Bütün hüquqlar qorunur.