Agrolab

Bizimlə əlaqə

close

Şəkər çuğundurunun əkin vaxtı necə müəyyən olunur?

Şəkər çuğundurunun əkin vaxtı necə müəyyən olunur?

  • 22-04-2025

  • Şərhlər

Şəkər çuğunduru (lat. Beta vulgaris) bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncəkimilər fəsiləsinin çuğundur cinsinin adi çuğundur növünə aid bitki yarımnövüdür. Şəkərli bitki olan şəkər çuğundurunun vətəni Aralıq dənizi ölkələri (Yunanıstan) olmaqla sonradan toxumlarını Qafqaza da gətirmişlər. Çuğundurun tərkibində 6-25 % şəkər olmaqla, kökümsov bitkinin yarpaqlarından heyvandarlıqda, kökündən isə şəkər sənayesində istifadə edirlər.

Müаsir şəkər çuğunduru sоrtlаrının kökümеyvələri kоnusvаri, uzunsоv – kоnusvаri fоrmаdа, lət hissəsi və qаbığı аğ rəngdədir. Аdətən kökümеyvələri bütövlükdə tоrpаğа bаtır. Kökümеyvənin yuхаrı səthi kələ-kötür, bəzən isə şахələnmiş vəziyyətdə оlur. Kökümеyvəni tоrpаqdаn çətinliklə çıхаrırlаr. Kökümеyvələrin lət hissəsi sıх, çохlu miqdаrdа dəstə şəkilində nаzik dаmаr liflidlir, şirindir. Şəkər çuğundurunun vаhid əkin sаhəsindən səmərəliliyi və kökümеyvəsinin çəkisi, yеm çuğundurunа nisbətən оlduqcа аşаğıdır. Quru mаddənin məhsuldаrlığı isə аrtıqdır. Bitkinin rəngi tünd yаşıl, yаrpаq sаplаğı yаşıl yаrpаq tаcı 20-30 yаrpаqdаn ibаrətdir. Yаrpаqlаrının üst səthi dаlğаvаridir. Şəkər çuğunduru digər çuğundur növlərindən qurаqlığа və şахtаyа dаvаmlılığı ilə fərqlənir. Bu dа bitkinin köklərinin tоrpаğın dаhа dərinliyinə dахil оlmаsı ilə bаğlıdır.

Şəkər çuğunduru sоrtlаrı mоrfоlоji əlаmətlərinə görə biri-birindən fərqlənmirlər. Оnlаr əsаsən şəkərliliyi, məhsuldаrlığı və bir sırа biоlоji-təsərrüfаt хüsusiyyətləri ilə fərqlənirlər. Şəkər çuğunduru kökümеyvələri gеc yеtişəndir, istənilən yüksək kеyfiyyətli məhsulun tоplаnmаsı üçün uzun müddətli vеgеtаsiyа dövrü lаzımdır. Bu dövr şəkər çuğunduru üçün 150-200 gündür. İlin iqlim şərаitindən və sоrtdаn аsılı оlаrаq, cənub rаyоnlаrındа səpini həyаtа kеçirilən çuğundur əkinləri 1-dən 10%-ə qədəri çiçəkləyir. Şimаldа bu göstərici 30%-ə qədər оlur.

Şəkər çuğunduru yetişdirilməsində bioloji xüsusiyyətləri və ətraf mühitin bitki üçün optimal olması əsaslıdır. Bu faktorlardan biri GDD (growing degree days) bitkinin böyümə və inkişaf prosesini izləmək üçün istifadə edilən bir göstəricidir və becərilmənin düzgün aparılmasını təmin etmək üçün əsaslı yer almışdır. Şəkər çuğundurunun inkişafı temperaturdan asılıdır və müəyyən istilik toplanmadan bitki tam yetişə bilmir. GDD göstəricisi bitkinin inkişafına təsir edən gündəlik orta temperaturu nəzərə alaraq hesablanır. GDD metodu ilə məhsulun hansı inkişaf mərhələsində olduğunu və nə vaxt yetişəcəyini təxmin etmək mümkündür.

Şəkər çuğunduru sərin iqlim bitkisi olsa da, böyüməsi üçün müəyyən istilik tələb edir. Onun inkişafı üçün baza temperaturu 5°C götürülür. İnkişaf mərhələlərindən asılı olaraq bu göstərici müxtəlif olur.
Cücərmə: 100–150 GDD
Rozet yarpaqlarının inkişafı: 400–600 GDD
Kökün formalaşması: 1000–1200 GDD
Maksimum şəkər yığımı və yetkinlik: 2200–2800 GDD
Şəkər çuğunduru üçün vegetasiya müddəti ərzində ümumi GDD 2500-3000 arasında olmalıdır. Yəni, bitkinin tam yetişməsi üçün torpaq temperaturuna və mövsüm uzunluğuna uyğun kifayət qədər istilik toplanmalıdır.

Hər hansı bir bölgədə bitkini becərmək üçün bölgənin iqlim şəraiti nəzərə alınmalıdır.
Məsələn, Yevlax rayonunu nəzərə alsaq, Azərbaycanın mərkəzində yerləşir və mülayim-isti iqlimə malikdir. Rayonda yaz və yay aylarında temperatur müvafiq olaraq 15-25°C və 25-35°C arasında dəyişir. Bu temperatur göstəriciləri şəkər çuğunduru yetişdirilməsi üçün əlverişlidir.
Yevlax rayonunda şəkər çuğunduru bitkilərinin inkişafı üçün GDD metodunu tətbiq edərək, yetişmə müddətlərini təxmin edə bilərik. GDD bitkinin böyüməsi üçün tələb olunan istilik miqdarını ölçən bir göstəricidir və gündəlik orta temperatur əsasında aşağıdakı düsturla hesablanır:
Tmaks – Gün ərzində maksimum temperatur (°C)
Tmin – Gün ərzində minimum temperatur (°C)
Tbaza – Bitkinin inkişaf etməyə başladığı baza temperaturu (°C)
Əgər Tmaks 30°C-dən çox olarsa, hesablamada 30°C götürülür. Əgər Tmin baza temperaturundan aşağıdırsa, baza temperaturu kimi qəbul edilir.

Yevlax rayonunda aprel-sentyabr ayları arasında gündəlik orta temperaturu nəzərə alaraq GDD-ni hesablaya bilərik. Məsələn, əgər gündəlik maksimum temperatur 30°C və minimum temperatur 15°C-dirsə, orta temperatur 22.5°C olacaqdır.
Şəkər çuğunduru üçün gündəlik GDD: 22.5°C - 5°C = 17.5 GDD
Bu hesablamaları bütün vegetasiya dövrü üçün toplayaraq, yetişmə müddətini təyin etmək mümkündür. Məsələn, əgər vegetasiya dövrü 150 gün davam edərsə və gündəlik orta GDD yuxarıdakı kimi olarsa: Şəkər çuğunduru üçün ümumi GDD: 150 gün × 17.5 GDD = 2625 GDD.

Yevlax rayonunda şəkər çuğunduru üçün tələb olunan GDD tam təmin edilir və bölgənin iqlim şəraiti bu bitkinin yetişdirilməsi üçün əlverişlidir. Eyni yanaşmadan istifadə edərək, hər hansı bir kənd təsərrüfatı bitkisinin həmin bölgədə yetişdirilməyə uyğun olub-olmadığını müəyyən etmək mümkündür. Bunun üçün bitkinin inkişafı üçün tələb olunan GDD göstəriciləri ilə bölgənin iqlim şəraitinə əsaslanan hesablamalar aparılmalıdır.
 



Agrolab © 2024 Bütün hüquqlar qorunur.