Agrolab

Bizimlə əlaqə

close

Tərəvəz bitkilərində toxum seçimi

Tərəvəz bitkilərində toxum seçimi

  • 08-02-2022

  • Şərhlər

Tərəvəzçilikdə yüksək məhsulun alınmasında keyfiyyətli şitilin rolu böyükdür. Keyfiyyətli şitil isə keyfiyyətli toxum səpilmiş və yaxşı qulluq edilmiş əkinlərdən alınır. 
Toxumların səpin keyfiyyətləri dedikdə aşağıdakılar başa düşülür:

-Toxumun təmizliyi (götürülmüş nümunədə xarab toxum, alaq toxumları və digər zibillərin miqdarı başa düşülür. Məsələn, 100 qram toxumda 5 qram zibil qarışığı olarsa, həmin toxumun təmizliyi 95 %-dir);
-Toxumun cücərmə qabiliyyəti (qəbul edilmiş müddətdə 100 ədəd toxumdan cücərənlərin faizlə miqdarı onun cücərmə qabiliyyətini ifadə edir. Məsələn, 100 ədəd toxumdan 95 ədəd cücərərsə, bu toxumun cücərmə qabiliyyəti 95 %-dir);
-Toxumun cücərmə enerjisi (toxumun çox hissəsinin qısa müddət ərzində, məsələn 3-4 gün ərzində cücərmə qabiliyyətidir);
-Toxumun təsərrüfat yararlılığı (səpin normasının müəyyən edilməsində vacib göstəricidir, toxumun təmizliyini onun cücərmə qabiliyyətinə vurub 100 bölməklə tapılır və faizlə ifadə olunur);
-1000 ədəd toxumun kütləsi (səpin normasını müəyyən edilməsində tələb olunur).
Şitil dedikdə üzərində çiçək və meyvəsi olmayan, əkin materialı kimi becərilən cavan bitkilər başa düşülür. Toxumları kiçik olan əksər tərəvəz bitkiləri öz daimi yerinə şitil üsulu ilə əkilir. Çünki, xırda toxumlar birbaşa səpildikdə onlar torpağın dərin qatlarına düşür, kəltən altında qalır və digər əlverişsiz şəraitlərə məruz qalaraq cücərə bilmir. Bu baxımdan toxumları xırda olan pomidor, badımcan və bibər bitkiləri şitil üsulu ilə əkilir. Xiyar toxumları iri olduğuna görə onları həm bir başa səpməklə, həm də şitil üsulu ilə əkmək olar.
Toxumun və əkin materialının fitoekspertizası nəticələrinə əsasən tərəvəz toxumlarının və şitilin keyfiyyət göstəricilərinə uyğunluğu müəyyən edilir. 



Agrolab © 2024 Bütün hüquqlar qorunur.