Agrolab

Bizimlə əlaqə

close

Torpağın qranulometrik tərkibi nədir?

Torpağın qranulometrik tərkibi nədir?

  • 16-01-2024

  • Şərhlər

Torpağın qranulometrik tərkibi torpağın elə fundamental xüsusiyyətlərindəndir ki, ondan bioloji, fiziki, kimyəvi və fiziki-kimyəvi xüsusiyyətlər asılıdır. 
Qranulometrik tərkib torpağın əsas aqronomik xüsusiyyətlərindən biridir və daha münbit, strukturlu torpaq bundan asılıdır.
Qranulometrik xüsusiyyətlərinə görə torpaqlar 3 hissəyə bölünür:


·     Yüngül            ·    Orta             ·    Ağır


Yüngül torpaqlara qumlu və qumluca, orta torpaqlara gillicə, ağır torpaqlara isə gilli torpaqlar aiddir. Eyni zamanda əkin sahələrində və bağlarda düzgün aqrotexniki tədbirlərin həyata keçirilməsi, suvarma və gübrələmə sisteminin düzgün tətbiqi torpaqların qranulometrik tərkibindən asılıdır. 
Torpaqların qranulometrik tərkibini bilmək üçün laboratoriya şəraitində qranulometrik analiz icra olunur.

Torpağın xəstəlik törədan göbələklər və bakteriyalara (Solma xəstəliyi (Fusarium oxysporium), Bipolaris, Rizoktonioz soluxma xəstəliyi, Sklerotinia göbələkləri) yoluxmasının diaqnostikası, sista, ur (gall) əmələ gətirən nematodların və kök, gövdə, yarpaq nematodlarının torpağa yoluxma həddinin müəyyənləşməsi, torpaqdakı aktiv mikro mühitin hesablanmasını qranulometrik analiz vasitəsilə öyrənə bilərsiniz. 

 



Agrolab © 2024 Bütün hüquqlar qorunur.