Agrolab

Bizimlə əlaqə

close

Torpağın turşuluğu (pH) məhsuldarlığa necə təsir edir?

Torpağın turşuluğu (pH) məhsuldarlığa necə təsir edir?

  • 16-05-2021

  • Şərhlər

Torpaqda pH dəyəri torpağın turş və ya qələvi olmasını müəyyən edir. Şəkildə pH dəyərinin turşuluq və qələvilik diapazonları göstərilmişdir . Azərbaycanda əksər torpaqlar qələvi mühitə malikdir. Torpağın pH-sı fosforun, mikroelementlərin və torpağın bioloji aktivliyinə təsir edir. Hər bir əkiləcək bitkinin özünəməxsus pH tələbi var. Ona görə də ən yüksək məhsuldarlıq bitkinin növündən, torpaq tipindən, pH səviyyəsindən asılı olaraq dəyişir. Torpaqda üzvi maddələri miqdarı da torpağın optimal pH dərəcəsinə təsir edir. Əksər bitkilərin yaxşı inkişafı üçün (kələm, çuğundur, noxud, kərəviz, xiyar, kahı, soğan, qulançar, cəfəri, yerkökü) neytral pH dəyərində olan (6,2 -7,5) torpaqlar əlverişlidir .
-Yüksək turş mühitdə (pH <4.0) hidrogen ionları bitki üçün zəhərlidir. Onlar bütün digər kationları adsorbsiya vəziyyətindən kənarlaşdırır və mənimsənilmək əvəzinə onların kökdən ayrılmasına səbəb olur. Güclü turş mühitdə köklərin görünüşü və quruluşu dəyişir. Atmosferdən azot fiksə edən bakteriyaların-Rhizobium inkişafına mane olur. Bəzi herbisidlər (imidazolin ailəsi ) turş torpaqlarda yavaş parçalanırlar. Bostan bitkilərinin çox kiçik bir hissəsi üçün - balqabaq, kartof, bibər, lobya, turşəng pH dəyərləri (5.0 -6.5 ) turş torpaqlar əlverilşlidir .
Daha az turş mühitdə (pH = 4,5-5,0) hidrogen ionları birbaşa zəhərli təsir göstərmir. Lakin, belə pH dərəcəsi olan torpaqlarda bir çox kənd təsərrüfatı bitkiləri zəif böyüyür. Bunun səbəbi turş torpaqlarda bitkilərə kalsiumun mənimsənilməsinin və faydalı mikrofloranın fəaliyyətinin pozulmasıdır. Bundan əlavə, turş torpaqlarda bitkinin böyüməsi üçün zərərli miqdarda dəmir, manqan və xüsusilə alüminium ionları toplanır, hansı ki, turş olmayan torpaqlarda bu ionlar birləşmə halında olur. Turş torpaqlarda fosfatların və molibdenin bitkilər tərəfindən udulması zəifləyir. Buna görə də yüksək məhsul əldə etmək üçün turş torpaqların əhənglənməsinə ehtiyac var. Pomidor, paxla, şüyüd, badımcan, qovun, balqabaq, , ispanaq, sarımsaq, turp, müxtəlif növ soğan və s. bitkilər zəif turş mühit torpaqlara üstünlük verirlər
Qələvi mühitdə (pH> 8-də) anionların bitkilər tərəfindən mənimsənilməsi pozulur. Fosforun və bir sıra mikroelementlərin mənimsənilməsi zəifləyir. Bəzi herbisidlər (sulfanilurea və triazin ailəsi) qələvi torpaqlarda yavaş parçalanırlar.
Hidroponika texnologiyası ilə, süni substratlardan istifadə edərək bitki yetişdiriciliyində pH balansını, kökdən qidalanmanı, bitkilərin lazımi qida maddələri ilə təmin etməyi dəqiq bir şəkildə tənzimləmək mümkündür. Buna görə də, süni substratlarda, yüksək məhsul əldə etmək nisbətən daha asandır. Ancaq tez-tez, vaxtında pH səviyyəsini yoxlamaq və onu ən yaxşı dəyərə çatdırmaq lazımdır.
Torpağın turşuluğuna torpağa verilən gübrələrin də təsiri böyükdür.
 
 


Agrolab © 2024 Bütün hüquqlar qorunur.