Agrolab

Bizimlə əlaqə

close

Toxuma yarpaq diaqnostikası fermere nə qazandırır?

Toxuma yarpaq diaqnostikası fermere nə qazandırır?

  • 28-07-2024

  • Şərhlər

Toxuma yarpaq diaqnostikası nəticəsində bitkilərdə mövcud olan qida elementlərinin miqdarını müəyyən etməklə, bitkinin ehtiyac duyduğu gübrə normasını və gübrənin növünü təyin etmək mümkündür. Həmçinin, bu analiz nəticəsində bitkilərdə mövcud olan qida çatışmazlığı və bitkinin inkişafına mənfi təsir göstərəcək elementlər də aşkar etmək mümkündür. 
Bəs bu analiz fermere nə qazandırır? 
Əlbəttə ki, fermer toxuma yarpaq diaqnostikası analizi nəticəsində bitkisinin nə qədər və hansı gübrəyə ehtiyac duyduğunu öncədən bilir və artıq gübrələmə prosesindən qaçınır, bu da iqtisadi baxımdan qazanc və keyfiyyətli məhsul əldə etməyə şərait yaradır. Toxuma yarpaq diaqnostikası analizi ilə yanaşı, eyni zamanda torpaqların aqrokimyəvi analizi də icra edilməlidir. Bu iki analiz eyni zamanda icra edilərsə daha yüksək nəticə əlda etmək mümkündür. Analizə əsas təsir edən amillərdən biri də nümunənin götürülmə qaydasıdır. Nümunə götürülən zaman müəyyən olunmuş qaydalara əməl edilmədən səhv götürülən nümunə bir başa onun nəticəsinə təsir edəcəkdir. Hər bitkinin inkişaf dövrünə uyğun zamanda və formada nümunələr götürülməli və vaxtında laboratoriyaya təqdim edilməlidir. Laboratoriyamıza təqdim edilmiş nümunələr hazırlıq prosesi keçdikdən sonra analizə alınır, analiz nəticəsində bitkilərdə makro və mikro  elementlər müəyyən edilir və bu analiz  nəticəsində də düzgün  gübrə norması hesablanır. Təkcə bitkinin inkişaf dövründə deyil, eyni zamanda yığım və yığımdan sonra anbarlarda saxlanılan zaman məhsulda müəyyən olunmuş problemin qabaqcadan qarşısını almaq mümkündür. Nəticədə həm yüksək və keyfiyyətli, həm də bazar görünüşlü məhsul əldə etmək mümkündür.

 



Agrolab © 2024 Bütün hüquqlar qorunur.