Agrolab

Bizimlə əlaqə

close

Toxumdan nümunə necə götürülməlidir?

Toxumdan nümunə necə götürülməlidir?

  • 07-12-2022

  • Şərhlər

Əgər toxumlar təpə şəklində yığılıbsa, bu zaman toxum götürən cihazla müxtəlif dərinlikdən (üst, orta, alt qatlarından) minimum 5 yerdən nümunə götürülür.

Üst qat – 10 sm dərinlikdə;
Orta qat – topanın ortası;
Alt qat - döşəməyə yaxın yerdən.

Əgər eyni partiyanın toxumu fərqli yerlərdə saxlanılırsa, bu zaman onlar 1 nümunə kimi hesab edilir, ancaq müxtəlif dərinliklərindən götürmək şərti ilə.
Əgər toxumlar qoruyucu torbalara yığılıbsa, nümunələr torba şupu vasitəsilə götürülür və sonra ağzı kip bağlanır. Əgər toxumlar adi torbalara yığılıbsa, nümunə adi konuslu şupla götürülür.

Əgər torbaların sayı:

10-a kimidirsə - hər torbanın 3 müxtəlif dərinlikdən;
10 – 25 arası – hər torbadan müxtəlif dərinlikdə bir
nümunə;
25 – 100 arası – hər beşinci torbadan müxtəlif dərinlikdə
bir nümunə;
100 - dən çoxdursa - hər onuncu torbadan müxtəlif
dərinlikdən bir nümunə götürülür.

Götürülən nümunələr diqqətlə nəzərdən keçirilir. Əgər onların ölçüləri eynidirsə, onda onlar birləşdirilir və ortaq bir nümunə kimi hesab edilir. Əgər onların ölçüləri fərqlidirsə, onda nümunələr bir neçə hissəyə bölünür. Toxum partiyasının ümumi çəkisi 25 tona kimidirsə, bu zaman ortalama nümunənin çəkisi 1 kq götürülür. Toxum partiyasının ümumi çəkisi 25 tondan çoxdursa, on zaman partiyanı hissələrə bölüb və hər hissə ayrılıqda tam fərqli bir nümunə kimi qəbul olunur.



Agrolab © 2024 Bütün hüquqlar qorunur.