Agrolab

Bizimlə əlaqə

close

Toxumun keyfiyyət göstəricilərinin məhsuldarlığa təsiri

Toxumun keyfiyyət göstəricilərinin məhsuldarlığa təsiri

  • 04-10-2022

  • Şərhlər

Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı səpin materialının keyfiyyətindən asılıdır. Səpin üçün yalnız o toxumlardan istifadə olunur ki, səpin keyfiyyətinə görə dövlət standartının tələblərinə cavab verir. Toxumun keyfiyyət göstəricilərinə təmizliyi, laboratoriya cücərməsi və cücərmə enerjisi, həyat qabiliyyəti və böyümə sürəti (gücü), 1000 ədəd toxumun kütləsi, zərərverici və xəstəliklərlə sirayətlənməsi aiddir.
Səpin etmədən öncə toxumun keyfiyyətinə əmin olmaq üçün toxumlar laboratoriyaya analizə təqdim edilməlidir. Toxumlarının keyfiyyəti “toxumun və əkin materialının fitoekspertizası” analizlərinin nəticələrinə görə müəyyən edilir.
Toxum təmizliyi – toxumluq materialda əsas bitki toxumunun miqdarı, kütləsinə görə faizlə ifadəsidir.
Toxumun laboratoriya cücərməsi - hər bir bitki üçün müəyyən edilmiş müddətdə (bitkilərin əksəriyyətində 7-8 gün), analiz üçün götürülmüş nümunədə normal cücərmiş toxumların %-lə miqdarı başa düşülür.
Toxumun cücərmə enerjisi – qısa müddətdə normal cücərmiş toxumların faizi (adətən 3-4 gün).
Toxumun böyümə gücü - toxumun cücərtisi müəyyən güclə qumu yaxud torpağı (3-5 sm) yarıb keçmək qabiliyyəti ilə xarakterizə olunur .
Toxumun böyümə gücü sağlam cücərtilərin miqdarı ilə ölçülür (%-lə), onuncu günü səthə çıxmış və 100 cücərtiyə görə yenidən hesablanmış yaşıl cücərtilərin kütləsi (qramla).
Toxumun həyat qabiliyyəti - toxumluq materialda canlı toxumların %-lə miqdarı ilə xarakterizə olunur.
Toxumun nəmliyi – toxumda nəmliyin %-lə miqdarı. Nəmlik standartına normalaşdırılmış kondisiyaya uyğun adlanır.
1000 ədəd toxumun kütləsi - toxumun mütləq quru vəziyyətinin qramla müəyyən edilməsidir. Toxumların zərərverici və xəstəliklərlə yoluxmasıda keyfiyyət göstəricilərinə aiddir. Əgər analiz edilən toxumlarda canlı zərərvericilər və onların sürfələri müəyyən olunarsa (sürmə torbası, buğda nematod fırları), onda bu cür toxumlar səpin üçün yararsız hesab olunur.
Toxumun səpinə yararlığı – təmiz cücərti verən əsas bitki toxumlarının faizlə miqdarıdır



Agrolab © 2024 Bütün hüquqlar qorunur.