Xlor ionunun toksiklik problemi
-
07-12-2023
-
Şərhlər
Suvarma suyunda olan bəzi ionların bitki tərəfindən mənimsənilməsi və bitkidə məhsuldarlığın azalmasına səbəb olacaq miqdarda yığıldıqda toksiklik (zəhərlənmə) problemi yaranır. Suvarma suyuna zəhərli təsir göstərə bilən ionlara - natrium, xlor və bor ionunu misal göstərmək olar.
Toksiklik ilə duzlanma problemini eyniləşdirmək olmaz. Belə ki, torpağın aqrokimyəvi analizi nəticəsindən göründüyü kimi, duzlanma qeydə alınmasa da, xlor toksik ionu yüksək səviyyədədir.
Torpaq analiz nəticəsi
Ümimiyyətlə toksik ionlarının miqdarının çoxluğu özünü bitkidə müəyyən simptomlar (əlamətlər) şəklində göstərir və bu əlamətlər su çatışmazlığından və ya suvarılmamaqdan yaranmaz.
Həssas bitkilərdə belə zərər quru çəki faizi 0,3-1,0% aralığında olduqda baş verə bilər. Bir çox ağac bitkilərində bu simptomlar (əlamətlər) 0,3% səviyyəsində başlayır.
İonların miqdarı kifayət qədər yüksəkdirsə, məhsuldarlıq və keyfiyyət azalır. Toksikliyə qarşı bütün bitkilər eyni dərəcədə dözümlü olmurlar. Məsələn birillik bitkilər daha az dözümlü olduğu halda, çoxillik bitkilər daha çox dözümlü olur.
Suvarma suyunda ən çox yayılmış toksiklik mənbəyi xlordur. Xlor ionu torpaq səthində qalır. Buna görə də torpaq + su qarışımından asanlıqla mənimsənilə biləcək miqdarda olur.
Köklər tərəfindən mənimsənilən xlor ionu (Cl-), bitkinin ötürücü boruları vasitəsilə yarpaqlara qədər ötürülür, burada buxarlanma nəticəsində yarpaq səthində yığılır. Yarpaq səthində yığılan xlor ionunun miqdarı, bitkinin müqaviməti həddini aşdıqda, yarpaqlarda yanma və quruma kimi simptomlar (əlamətlər) görünməyə başlayır. Toksikliyin əlamətləri, əvvəlcə yarpaq uclarında və buradan da yarpaq saplağına qədər artaraq mərhələli şəkildə irəliləyir. Həddindən artıq zədələnmiş yarpaqlar tamamilə quruya və tökülə bilər.