Agrolab

Bizimlə əlaqə

close

Yazlıq əkinlərə hazırlıq

Yazlıq əkinlərə hazırlıq

  • 29-01-2024

  • Şərhlər

Riper aqreqatı vasitəsilə torpağı çevirmədən aqreqatın işçi orqanları torpağın alt qatlarını yararaq torpağı yumşaldır və  su-hava rejimini yaxşılaşdırır. Torpaq kipliyi azalır və mədəni bitkilərin kök sisteminin dərin qatlara işləməsini asanlaşdırır. Ağır qranulometrik tərkibə malik torpaqlarda əkindən əvvəl dərin yumşaltma aparılması vacibdir. 
Duzlu və qələvi torpaqlarda yağış və suvarma suyu vasitəsilə duzlar yuyularaq torpağın alt qatlarında toplanır. Bu səbəbdən şoran və ağır qranulometrik tərkibə malik olan torpaqlarda torpaq çevrilmədən şum yerinə dərin yumşaltma aparılmağı məqsədə uyğundur.Dərin yumşaltma edərkən həm də riper aqreqatın işçi orqanları torpağın aşağı qatlarında alaq otlarının köklərini kəsirlər.

 



Agrolab © 2024 Bütün hüquqlar qorunur.