Ziyankar bağacıq nədir?
-
23-05-2024
-
Şərhlər
Ziyankar bağacıq buğda və arpa bitkisinin əsas zərərvericilərindən biri olub, respublikanın bütün taxılçılıq bölgələrində yayılmışdır. Bağacıqlar xortumları ilə bitki gövdəsinin əsasını deşərək, bitkinin şirəsini sorur, 4-5 gün qidalandıqdan sonra isə yumurta qoyurlar. 25-30% məhsul itkisinə səbəb olurlar. 1 kvadrat metr sahədə 2 və daha artıq böcəyə rast gəlinərsə mübarizə aparılmalıdır. Daha çox yazlıq buğdaya zərər verirlər. İldə 1 dəfə nəsil verərək, aprelin ilk yarısında temperatur 16-18 dərəcə olduqda qışladığı yerlərdən taxıl sahələrinə kütləvi uçurlar. Yumurtalarını yarpaq və gözdəyə qoyurlar və yumurtadan 9-14 gün sonra sürfə çıxır. Sürfənin inkişafı 30-38 günə başa çatır. Qışda şiddətli soyuq olarsa bağacıq məhv olur.