Agrolab

Bizimlə əlaqə

close

Balanslaşdırılmamış qidalanmanın yaratdığı problemlər

Balanslaşdırılmamış qidalanmanın yaratdığı problemlər

  • 17-08-2020

  • Şərhlər

Torpaqda bitkilərin balanslaşdırılmış qida ilə təminatı kənd təsərrüfatı bitkilərinin istehsalı üçün olduqca vacib məsələdir. Torpağın aqrokimyəvi göstəriciləri məhsuldarlığı düzgün planlama imkanı yaradır ki, bu isə maliyyə planlamasına birbaşa təsir göstərir.

Zəngin, münbit torpaqda yüksək məhsul əldə etmək çətin deyil. Münbit torpaqda bitkilər onlara lazım olan bütün qida elementlərini tapa bilir. Əgər torpaq qida maddələri ilə tam təmin olunubsa, bu sizin sistematik qulluğunuzun nəticəsidir - demək ki, siz torpağınıza yaxşı qulluq edirsiniz. Əgər siz, təbiətin illər boyu yığdığı dolu bir xəzinəni (münbitliyi) istifadə etmisinizsə və əvəzinə ora heç bir şey qoymamısınızsa demək ki, torpaq qarşısında borclusunuz və torpağın münbitliyini bərpa etməyi öyrənməlisiniz.

Hazırda bitki üçün zəruri olan 17 qida elementi məlumdur. Bu o deməkdir ki, onları heç bir digər element ilə əvəz etmək mümkün deyil, bir elementin belə kəskin çatışmazlığında bitkinin inkişafı və normal məhsul verməsi mümkün olmur. Bu elementlər karbon (C), hidrogen (H), oksigen (O), azot (N), fosfor (F), kalium (K), kalsium (Ca), maqnezium (Mg), kükürd (S), dəmir (Fe), xlor (Cl), bor (B), molibden (Mo), mis (Cu), sink (Zn), manqan (Mn) və kobaltdır (Co).

Bitkinin çəkisinin 95-98 %-ni ilk üç element təşkil edir-karbon, hidrogen və oksigen. Bu elementləri bitki havadan və sudan əldə edir. Digər 14 elementi isə bitki torpaqdan əldə edir və onların ehtiyatını torpaqda daim yeniləmək lazımdır.

Əksər torpaqlarda yüksək və keyfiyyətli məhsulun əldə edilməsi üçün ehtiyac olan qida elementləri lazımı səviyyədə deyil. Torpağın zəifləməsi nəticəsində məhsuldarlığın aşağı düşməməsi üçün, mütəmadi olaraq veriləcək 6-8 element var. Bu ilk öncə bitkinin çoxlu miqdarda mənimsədiyi elementlərdir (azot, fosfor, kalium, kalsium və maqnezium). Mikroelementlərdən demək olar ki, bütün torpaqlarda borun verilməsinə ehtiyac var, turş torpaqlarda isə həmçinin molibdenə. Kükürd əksər hallarda maqnezium və kalium ilə müştərək olaraq sulfat və ya superfosfat tərkibində verilir.

Tərəvəz bitkilərin intensiv böyüməsi, bol məhsul verməsi və yüksək qida dəyəri ilə zəngin olması üçün, bitki qida elementlərini nəinki yetərli miqdarda, həmçinin düzgün nisbətdə əldə etməlidir. Hətta ehtiyac olan bir elementin belə balanslaşdırılmamış şəkildə verilməsi məhsuldarlığın yüksəltməyə deyil, hətta azaltma və məhsulun keyfiyyətinin aşağı düşməsinə təsir göstərə bilər.

Məhz balanslaşdırılmamış qidalanma, bir çox fermerlərin kimyəvi gübrələməyə olan inamını itirib.

Anara Seyidova

Aqrokimyaçı mütəxəssis

 



Agrolab © 2020 Bütün hüquqlar qorunur.

DreamArt Creative Agency