Agrolab

Bizimlə əlaqə

close

Kartofun fitoftoroz (boz çürümə) xəstəliyi

Kartofun fitoftoroz (boz çürümə) xəstəliyi

  • 11-07-2023

  • Şərhlər

Fitoftoroz (boz çürümə) xəstəliyi kartofun ən zərərli xəstəliklərindən biridir.

Xəstəliyin törədicisi:“Phytophthora infestans” fitopatogen göbələyidir. Quşüzümçiçəklilər (lat.Solanales) fəsiləsindən olan bitkiləri (kartof, pomidor, bibər, badımcan) yoluxdurur.

P. infestans əsasən  yoluxmuş gövdə yumrularında miselyum və bitki qalıqları üzərində torpaqda oosporlar şəklində qışlayır.

Zərərlilik dərəcəsi: Ciddi yoluxma zamanı məhsul itkisi 70%-ə çata bilər.

Simptomlar (əlamətlər) və həyat dövrü:

Patogen (törədici) yarpaqlara, gövdələrə və gövdə yumrularına yoluxur. Sahədə xəstəliyin ilk əlamətləri kartof cücərtilərində müşahidə olunur. 

Aşağı yarus yarpaqlarda, eləcə də gövdənin ayrı-ayrı hissələrində sürətlə böyüyən tünd qəhvəyi ləkələr görünür. Bu şəraitdə yarpaqların alt tərəfində ləkələrin sərhəddində göbələyin ağ örtüyəbənzər təbəqəsi inkişaf edir.

Göbələk sporları yağış və külək vasitəsilə ətrafa yayılır. Quru havalarda yoluxmuş bitki hissələri  qəhvəyi rəngdə olur və quruyur, rütubətli  havada isə qara rəngdə olub və çürüyür. Xəstəliyin inkişafı 10-250C temperaturda və 75 %  nəmlikdə daha intensiv xarakter alır. Ona görə də sıx alaqlarla güclü sirayətlənmiş sahələrdə çətin havalanma şəraiti yarandığı üçün fitoftorozun inkişafı daha da sürətlənir.

Yoluxmuş toxumluq gövdə yumrusu  infeksiyanın əsas mənbələrindən biridir! Yoluxmuş toxum materialının yalnız 1%-i hər hektarda 400-500 xəstə bitki deməkdir.

Mübarizə tədbirləri:

  • Əkin üçün xəstəliyə davamlı sortlar sağlam və dərmanlanmış toxumlar seçilməlidir;
  • Növbəli əkinə riayət edilməlidir;
  • Kartof əkilən, yığılan və ya çeşidlənən yerlərdə saxlama kameraları, təmizləmə yerləri  dezinfeksiya edilməlidir;
  • Məhsul yığımı dövründə yığılan yumrular çeşidlənən zaman xəstə yumrular çıxdaş edilməlidir. Gec yetişən sortlarla tez yetişən sortlarla qarışdırıb bir yerdə səpmək yolverilməzdir, çünki tez yetişən sortlar xəstəliyə daha tez yoluxduğu üçün o, xəstəlik mənbəyi rolunu oynayır;
  • Alaqlarla mübarizəni gücləndirmək və azot gübrələrindən normadan artıq istifadə etməmək lazımdır;
  • Vegetasiya dövründə fitoftoraya qarşı səmərəli mübarizə aparmaq üçün funqisidlərin istifadəsi vacib şərtlərdəndir; Xəstəliyin ilk əlamətlərini gözləmədən sahəni funqisidlə müalicə edin.


Agrolab © 2024 Bütün hüquqlar qorunur.