Agrolab

Bizimlə əlaqə

close

Şəkər çuğundurunda serkospora xəstəliyi

Şəkər çuğundurunda serkospora xəstəliyi

  • 21-06-2023

  • Şərhlər

Yarpaqların sağlamlığı çuğundur yetişdiriciliyində əhəmiyyətli rol oynayır. Yalnız sağlam yarpaq aparatı şəkər çuğundurunun genetik potensialının tam açılmasına imkan verir. Yaşıl yarpaqlar günəş enerjisinin və şəkərin toplanmasına cavabdehdir.

 

Sağlam yarpaqlar:

►Günəş enerjisinin toplanması, məhsulun formalaşması, şəkərin əmələ gəlməsi;

►Funqusid tətbiqinin azalması, dərmanlara qənaət;

►Yarpaqların məhsul və şəkər itirmədən təbii əvəzlənməsi;

►Yüksək keyfiyyət (K, Na və alfa-amin azotunun aşağı olması);

►Məhsul yığıldıqdan sonra bitki qalıqlarında (yarpaqlarda) göbələk sporlarının olmaması səbəbindən torpaqda infeksiya ocaqlarının qalmaması deməkdir.


Son dövrlərdə şəkər çuğundurunun serkospora, ramulyariya və həqiqi unlu şehlə sirayətlənməsi səviyyəsi xüsusilə artmaqda davam edir. Şəkər çuğundurunun son hibridləri bitki boyunun optimallaşdırılması xüsusiyyəti ilə fərqlənir. Onlar az sayda yarpaq aparatı əmələ gətirsə də, yüksək məhsul və şəkər çıxımına malik olurlar. Eyni zamanda optimal miqdarda azot tətbiqi də az sayda yarpaqların əmələ gəlməsinə səbəb olur. Yarpaqların vegetasiya müddətində diaqnostikası xəstəliklərə qarşı optimal mübarizə tədbirlərinin planlaşdırılması üçün olduqca vacibdir.

İyul ayında diqqətə alınmalı əsas xəstəliklərdən biri Serkosporadır.

 

SERKOSPORA

Cercospora beticola

Törədicisi

- Cercospora beticola

Simptomları

 - Yarpada 2-3 mm ölçüsündə kənarları qırmızı-qonur halqa ilə haşiyələnmiş dairəvi ləkələr şəklində meydana çıxır. Ləkələrin mərkəzində qara nöqtələr olan açıq boz sahələr müşahidə olunur.

Digər xəstəliklərlə oxşarlıq   

- Ramulyariya

- Yarpaqların bakterial ləkəsi

Optimal inkişafı üçün           

- Havanın temperaturu -23- 270C

- Havanın nisbi rütubəti -96%

Risk amilləri 

- Yağışlı və isti hava

- Cərgələrin bağlanma dövrü

- Suvarma

                                             

                                            Şəkil. 1-2 - başlanğıc mərhələ, 3 - sonrak mərhələ

 

                                           Mikroskop altında serkospora aşağıdakı kimi görünür.

Serkospora ilə güclü yoluxmada ləkələr böyüyərək birləşir və nəticədə yarpaqların bütün səthi boyunca qurumalar baş verir, nəticədə yarpaq məhv olur. Əvvəlcə sirayətlənmə ayrı-ayrı yarpaqlarda baş verir, onun yayılması ilə sahədə xəstəlik ocaqları meydana çıxır. Göbələk sporları ölmüş bitki qalıqları ilə torpaqda qorunub saxlanılır. Simptomlar havanın temperaturu 23-270C, nəmliyi 96% olduqda sirayətlənmədən 5 gün sonra meydana çıxır.

Yarpaqların məhv olmasına baxmayaraq zədələnmiş bitkidə yeni yarpaqlar əmələ gəlməyə başlayır. Yeni yarpaqların əmələ gəlməsi isə kök daxilində olan şəkərin sərf olunması yolu ilə baş verir. Nəticədə çuğundurda şəkərin azalması prosesi (itkisi) baş verir.

                                                                            Şəkil. Yeni yarpaqların əmələ gəlməsi

Xüsusi mübarizə tədbiri kimi, serkosporiyaya davamlı hibridlərin seçimi, eyni zamanda sahədə mütamadi monitorinqləri aparılması yolu ilə xəstəliyin ilkin fazasında onun müəyyən olunması və ona qarşı dərmanlanmanın aparılmasıdır. Digər bir mübarizə tədbiri isə xəstəliyin ehtimal olunduğu dövrlərdə (proqnozlar əsasında) ona qarşı preventiv (qabaqlayıcı) dərmanlanmanın aparılmasıdır.

                                                                         

                                                                          Şəkər çuğundurunun dərmanlanması

Şəkil. Müxtəlif xəstəliklərin zərərlilik dərəcəsindən asılı olaraq şəkər çuğundurunun funqusidlərlə işlənmə vaxtları

 

                                             Fünqusidlərlə işlənmə aşağıdakı hallarda olduqca vacibdir:

- İyulda sahədə 100 yarpaqdan 5 – i zədələnmişdir:

 

- Avqustun ortalarının başlanğıcında sahədə 100 yarpaqdan 15 – i zədələnmişdir:

- 16 avqustdan sonra sahədə 100 yarpaqdan 45 – i zədələnmişdir:

Əgər iyulda 1-ci dərmanlama aparılıbsa, avqustun əvvəlində 100 bitkidən 45 – i zədələndiyi halda növbəti dərmanlamanın aparılması vacibdir.



Agrolab © 2024 Bütün hüquqlar qorunur.