Toxuma analizi: Bitkiləriniz kifayət qədər qida ilə təmin olunubmu?
-
25-02-2021
-
Şərhlər
Əgər sizin təməl aqronomik bilikləriniz varsa və ya əkinçilik - bağçılıq ilə məşğul olmusunuzsa, o zaman bitkilərdə qida elementləri çatışmazlığı simptomları haqda məlumatlısınız.
Bitkidə azot çatışmadıqda, bitkilərin inkişafı ləngiyir, kiçik yarpaqlar formalaşır, onların saralması müşahidə olunur, yarpaqlar solğun-yaşıl rəng alır və vaxtından əvvəl saralır, böyümə ləngiyir, gövdə nazik olur və zəif şaxələnir, yeni yaranan yarpaqlar daha kiçik olur, açılmadan quruyur və tökülür. Uzun müddət azot aclığı olduqda yarpaqların yaşıl rəngi sarı, narıncı və ya qırmızı çalarlara keçir.
Fosfor çatışmadıqda hüceyrələrdə maddələr mübadiləsi ləngiyir, zəif köklər, bənövşəyi rəngli yarpaqlar əmələ gəlir, meyvələrin yetişməsi ləngiyir, məhsuldarlıq azalır.
Kalium çatışmadıqda meyvələr daha az şirin, dənli bitkilərin dənləri xırda olur. Həmçinin kalium çatışmadıqda hər şeydən əvvəl köhnə yarpaqlar saralır: yuxarısından başlayaraq kənarlardan aşağıya doğru, sonra isə damarcıqlar arasında yayılır. Saralmış yerlər boz rəng alır və ölür. Kaliumun olmaması bitkinin ölümünə səbəb olur
Bəs əgər bitkidə element çatışmazlığı simptomsuzdursa?
Bitki vizual hər hansı bir simptom göstərmədən, simptomsuz (gizli) qida çatışmazlığı yaşaya bilər. Qida elementlərinin çatışmamazlığı dərəcəsindən asılı olaraq məhsulun keyfiyyətinə və məhsuldarlığa böyük təsir göstərə bilər. Simptomsuz (gizli) element çatışmamazlığının aşkarlanması üçün “ toxuma analizi” vacib amildir. Toxuma analizi üçün yarpaqdan laboratoriyaya nümunə təqdim edilməlidir .
Nümunə necə alınmalıdır?
Bitki nümunələrin alınmasının bir necə üsulu mövcuddur. İlk növbədə, sahədə problemli ərazilər varsa diaqnostik üsul istifadə edilir. Bu üsul çatışmazlıqları üzə çıxarmağa kömək edir. Sahənin problemli və normal əraziləri müqayisə olunur. Əgər bitkilərdə simptomlar müşahidə olunmursa, monitorinq üsulundan istifadə edilməlidir. Monitorinqlər fermerə gizli qida çatışmamazlığını vaxtında aşkar edərək yüksək və keyfiyyətli məhsul almağa şərait yaradır.
Nümunə alınan zaman, bitkinin hansı inkişaf dövründə olmasına diqqət yetirmək lazımdır .Çünki bitkinin qida elementlərinə olan tələbatı il boyu dəyişir.
Bitkinin inkişaf dövründən asılı olaraq, analiz üçün bitkinin düzgün hissəsindən nümunə alınmalıdır .(Bu haqda laboratoriyalardan məlumat alına bilər)
Bitki nümunələrinin keyfiyyətinin qorunması üçün nümunələr laboratoriyaya kağız bağlamalarda göndərilməlidir.
Toxuma diaqnostikasının nəticələrini necə interpretasiya etmək olar?
Nümunələr laboratoriyaya göndərildikdən sonra, sizə analiz nəticələri haqda hesabat təqdim edilir. Hesabatda nümunədə hər bir qida elementinin təmin olunma səviyyəsi göstərilir.