Agrolab

Bizimlə əlaqə

close

Payızlıq taxıl bitkilərində yaza hazırlıq

Payızlıq taxıl bitkilərində yaza hazırlıq

  • 11-01-2023

  • Şərhlər

Qış fəslində fermerlərə aqrar laboratoriyalarda  “payızlıq taxıl bitkilərinin qorunub saxlanmasına” dair kompleks analiz etdirmələrini şiddətlə tövsiyə edirik. Əldə edilən nəticələrə əsasən bitki qışlamadan çıxandan sonra  effektiv qoruyucu-qabaqlayıcı tədbirləri planlaşdırmaq mümkündür.

Tədqiqata nələr daxildir:

✅ Abiotik və biotik amillərin vegetasiyaya təsirini göstərən “payız kollanma əmsalının” təyini.

✅ Zoğ daxili taxıl milçəkləri ilə sirayətlənmiş  bitkilərin müəyyən edilməsi. Onların sürfələri məhsulun məhsuldar gövdələrini məhv edir, bu da məhsuldarlığın 50% -dən çox azalmasına və ya bitkinin ölümünə səbəb olur. Mərkəzi yarpağın saralması və quruması əsas simptom (əlamət) hesab edilir.

Əkinlərdə kök çürüməsinin və gövdə-yarpaq xəstəliklərinin (septorioz, unlu şeh, askoxitoz, yüksək yoluxucu fonda - qəhvəyi pas) sirayətlənməsi hesablanmalıdır. Beləcə sirayətlənmənin ziyanvericilik həddinə (Z/H 5%) nə qədər yaxın olduğunu aydınlaşdırılır. Z/H-nə çatarsa, mühafizə tədbirləri planlaşdırılmalıdır.

✅ Bitkilərin yaşam qabiliyyətini müəyyən etmək üçün  analiz (məhv olmuş bitkilərin faizinin hesablanması). Aşağı temperaturlarda və qar örtüyü olmadıqda məhsulun bir hissəsi məhv ola bilər, buna görə qışda və ya güclü şaxtalardan sonra ayda bir dəfə belə bir analiz aparmaq vacibdir.

Müştərilərimiz üçün aktuallıq (təcili cavab) vacib olduğundan, biz çox vaxt ekspress metoddan istifadə edərək, 16-saat sonra gövdələrin vegetativ hissəsinin (kollanma buğumlarının cücərməsinin) böyümə dərəcəsinə görə bitkinin yaşam qabiliyyətinin var olub-olmadığını öyrənə bilirik.

❗️ Sahədən götürülmüş bitki nümunələrini laboratoriyaya həmin gün gətirə bilmədikdə, o zaman nümunəni sahəyə uyğun, oxşar temperaturda saxlamaq lazımdır.

 



Agrolab © 2024 Bütün hüquqlar qorunur.